Bakıda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı atəşfəşanlıq təşkil olunacaq.
Bu barədə Busaat.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev bildirib.
“Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək”, – deyə o söyləyib.