Yusif Əliyevə hökm oxundu

image-6835a2e9529b86835a2e9529b91748345577bf89bf17b68fe1087d33cde4644e675bjpg-1748345825-1backend

Beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Busaat.az  Apa-ya istinadən xəbər verir ki, terrorçuluğu maliyyələşdirməkdə və digər cinayət əməllərini törətməkdə təqsirləndirilən Əliyev Yusif Sultan oğlunun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə yekun məhkəmə prosesi keçirilib.

Hökmə əsasən, Yusif Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Əliyev Yusif Sultan oğlu barəsində həbs qətimkan tədbirinin seçildiyi məlum olub.

Yusif Əliyevə elan edilmiş ittihamda onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədilə xarici ölkələrə köçürdüyü bildirilir. Habelə onun dini radikalizm və dini fanatizmlə əlaqədar digər cinayət əməlləri müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 167-3.1 ( dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 283.1-1 ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki