Rusiyaya qarşı üç ilə yaxın müharibə zamanı 46 mindən çox ukraynalı əsgər öldürülüb, on minlərlə əsgər itkin düşüb və ya əsir götürülüb.
Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski NBC News-a müsahibəsində deyib.
“Bizim itkilərimizin sabit sayı var: 46 mindən çox hərbçi ölüb”. İtkin düşmüş və ya əsirlikdə olan on minlərlə insan da var. “Və bu dəqiq bilinmir, çünki itkin düşənlər ölü və ya əsirlikdə ola bilər”.
Zelenskinin sözlərinə görə, Rusiyanın nəzarətinə keçən ərazilərdə dinc əhali arasında itkilərin sayını dəqiq müəyyən etmək mümkün deyil.