10 yaşlı azərbaycanlı Prezident mükafatı alıb- ABŞ-da- ŞƏKİLLƏR

10 yaşlı azərbaycanlı Prezident mükafatı alıb- ABŞ-da- ŞƏKİLLƏRbackend

ABŞ-da 10 yaşlı azərbaycanlı Maqsud Süleymanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə bu ölkənin Prezidentinin mükafatını alıb. 

Busaat.az xəbər verir ki, Maqsudun anası Nigar Pənahova AZƏRTAC-a müsahibəsində danışıb ki, Maqsud hələ Bakıda olarkən məktəbə getməyə başlayıb. Ailəsi ABŞ-a köçəndən sonra Maqsud qısa müddətdə ingilis dilini öyrənib və tezliklə öz məktəbinin ən yaxşı şagirdləri sırasına daxil olub.

Təhsildə xüsusi müvəffəqiyyətlərə görə Prezident Mükafatı əsası 1983-cü ildə qoyulmuş proqram çərçivəsində ABŞ Prezidentinin və təhsil nazirinin adından təqdim edilir. ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdləri bu mükafatı ABŞ Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında alırlar.

Maqsudun valideynləri Hikmət Süleymanlı və Nigar Pənahova daimi yaşayış yerinin seçiminə xüsusi diqqətlə yanaşıblar, çünki uşağın hansı dövlət məktəbinə getməsi məhz ailənin yaşayış yerindən asılıdır. Buna görə də, uşaqların yüksək keyfiyyətli təhsil almaları üçün onlar Orta Qərbin ən yaxşı məktəblərinin yerləşdiyi Sent Luis dairəsindəki Kleyton şəhərində məskunlaşdılar. Nigar xanımın sözlərinə görə, məhz burada Maqsud təhsildə böyük uğurlar qazanıb və gələcək nailiyyətləri üçün təməl yaradıb. Yaxın vaxtlarda Suleymanlılar ailəsi Pensilvaniyaya köçüb. Maqsud da Prezident mükafatını Pensilvaniyada, Herbert Quver adına ibtidai məktəbin dördüncü sinfində oxuyarkən alıb.

Ancaq Maqsud təkcə öz biliklərinin səviyyəsi və təhsildə qazandığı nailiyyətlərlə fərqlənmir. Valideynləri kimi, o da vətənpərvərdir. Maqsud və bacısı Tansu müntəzəm olaraq məktəbdə və məktəb hüdudlarından kənarda keçirilən beynəlxalq və mədəniyyətlərarası festivallarda iştirak edir, orada yaşıdlarına öz ölkəsi Azərbaycanın mədəniyyəti, onun tarixi və milli mətbəxi haqqında danışırlar.

Maqsud futbol oynamağı sevir, şahmatla məşğul olur və proqramlaşdırma ilə maraqlanır. O Bakıda yaşayarkən Vüqar Həşimov adına Şahmat Akademiyasında məşğul olurdu, ABŞ-da isə artıq bir neçə mükafat qazanıb.busaat cebeabf1e701e785013179b086480a7d gj13qkcpvu50s6tfe74r busaat f6343133e5d78710ad448d4d141b338b w75vjfyxo4p281mu6tac busaat 6db9910c20bfd0fd6bd2d7ed17ac3f44 z0tf9s8pyga35uilq7oh busaat 5a8b2bf6257babcf9c0fa3af46dd7b57 2pvg0t5a9lxh1msrbuoe


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki