11 Sentyabr və sonrakı dünya – TƏHLİL

image-888873_01backend

Çox nadir hadisələr vardır ki, yaşandıqdan sonra dünyanın siyasi gələcəyinə təsir edir. Təsir etməklə qalmır, bir növ dünyanın gələcəyini dəyişir. Bu hadisələrdən biri də üstündən 21 il keçməsinə baxmayaraq hələ də sirri açılmayan “11 Sentyabr” terrorudur.

Ümumiyyətlə “11 Sentyabr” hadisələrini terror olsa da bu şəkildıə adlandrmaq əslində onun mahiyyətinə kölgə salır. Çünki bu hadisə sıradan terror hadisəsi deyil. Heç bir terror hadisəsində 2 977 insan həlak olmayıb və heç bir terror aktı zamanı dünyanın siyasi gələcəyi dəyişməyib. Ancaq “11 Sentyabr”dan sonra həm 3 minə yaxın insan həlak olub, həm on minlərlə insan zərər çəkib, həm də dünyanın siyasi gələcəyi əhəmiyyətli dərəcədə dəyişib.

Bu kimi məsələlərə keçməzdən əvvəl terror aktının özü haqda məlumat vermək daha doğru olar:

2001-ci il, 11 Sentyabr tarixində Amerika Birləşmiş Ştatları və dünya qanlı olaya şahidlik edib. Nyuark, Boston və Vaşinqtondan San Fransisko və Los-Ancelesə qalxan 4 sərnişin təyyarəsi qaçırılıb. Los-Ancelesə uçan American Airlines-ın qaçırılan sərnişin təyyarəsi yerli vaxtla saat 08:46-da Əkiz Qüllələrin şimal qülləsinə çırpılıb. Şimal qülləsi alov içində olarkən, hücumdan 17 dəqiqə sonra United Airlines-a məxsus qaçırılmış başqa bir təyyarə cənub qülləsinə çırpılıb. Əkiz qüllələrə edilən hücumlardan sonra qaçırılan daha bir təyyarə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına vurulub. Qaçırılan sonuncu təyyarə Pensilvaniyanın kəndləri üzərində F-16-lar tərəfindən məhv edilib.

Tam 3 il sonra, Əl-Qaidə lideri Usama Bin Laden terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Ancaq bundan öncə də ABŞ tərəfi günahkar axtarışına çıxmış, ilk hədəf kimi Əfqanıstan dövlətini, daha doğrsunu terrorun təşkilində günahlandırılan terror qruplaşmasının lideri Ben Ladeni təhvil verməkdən imtina edən Taliban iqtidarını seçib. Nəticədə 7 Oktyabr, 2001-ci ildə Əfqanıstan işğal edilib…

ABŞ tərəfi işğala haqq qazandırmaq üçün Taliban hökumətini terrora dəstək verməkdə ittiham edib. Yəni ABŞ “Əfqanıstanı terrora dəstək verməmək və terror dövlətinə çevrilmək təhlükəsizdən xilas etmək” şüarı ilə ölkəni işğal edib. Ancaq irəliləyən zamanlarda görürük ki, Əıfqanıstan terrordan təmizlənməyib, əksinə daha ağrılı illər yaşayıb və ən əsası, İŞİD kimi qaniçən bir qruplaşmanın sığındığı əsas qalalardan birinə çevrilib. Bütün bunlar isə, ABŞ-dan dəstəklənən və ABŞ-ı dəstəkləyən yerli əfqan iqtidarlarının zamanında baş verib.

Ancaq “11 Sentyabr”dan sonra dünyada dəyişən və dünyanı qana boyayan tək hadisə Əfqanıstanın işğalı ilə bitməyib. 20 Mart, 2003-cü ildə İraq da ABŞ tərəfindən işğal edilib. Qəribədir ki, ABŞ-ın İraqın işğalı zamanı gətirdiyi bəhanə daha zəif sayıla bilər. “Preventive war” (Önləyici savaş) dedikləri bu işğal zamanı, ABŞ tərəfi səbəb gətirib ki, İraq dövləti kütləvi kimyasal qırğın silahları istehsal edir və bu istehsal beynəlxalq hüquqa zidd şəkildə həyata keçirilir. Daha sonra bölgədə terror qruplaşmalarının ortaya çəxması ilə ABŞ səbəblərini daha da artırıb və bu kimi səbəbləri önə sürərək İraqın işğalında haqlı olduğunu sübuta yetirib. İraqın işğalı isə, daha sonra əməlliyatlara verilən “İraqın Azadlığı Əməliyyatları” ilə tarixə düşüb. Qəribə təzaddır… Düzdür ABŞ işğalından əvvəlki mövcud Səddam Hüseyn rejimi əzazil olsa da, ABŞ işğalından sonra da nəsə dəyişməyib və İraq xalqının rifanı naminə xüsusi uğurlar əldə edilməyib. Əksinə qan gölünə dönmüş ölkə, qan dənizinə çevrilib..

“11 Sentyabr” terrorundan sonra “yeni dünya düzəni” qurulub ki, bu düzən “Terrorla mücadilə” devizi üzərində bərqərar olub. Ancaq problem odur ki, terrora qarşı mübarizə başladıqdan sonra terror daha çox artıb, nəinki əvvəl bu qədər terror hadisələri yaşanıb və bu qədər çox terror qruplaşmaları ortaya çıxıb. Elə ən qanlı terror qruplaşması – İŞİD özü də yeni dünya düzəni qurulandan, yəni terrrorizmlə mübarizə başlayandan sonra ortaya çıxıb.
Yeni dünya düzənində əsas hədəf isə İslam dünyası və Yaxın Şərq seçilib. Çünki yaşanan bütün terror aktları israrla “radikal İslam” adı altında dünyaya tanıdılıb və burada İslam dövlətləri hədəf seçilib. Səudiyyə Ərəbistanı, İran, Əfqanıstan kimi ölkələrin nümunəsində buna haqq qazandırmaqları dünyada birmənalı qarşılanıb. Çünki İran sonralar terror qruplarına havadarlıq etməyə başlasa da, Səudiyyə Ərəbistanı və Əfqanıstan dövlətlərinin adı elə yeni düzənin başladığı “11 Sentyabr” hadisələri zamanı hallanıb. Anadolu Agentliyində yayımlanan məqalədə qeyd olunub ki, ABŞ-ın Federal Tədqiqatlar Bürosu “11 Sentyabr” terrorunu məhz Səudiyyə Ərəbistanının maliyyələşdirdiyini iddia edib. Əfqanıstan dövləti isə, o zaman iqtidarda olan Talibanın Əl-Qaidə təşkilatının liderlərini verməməsi nəticəsində terrora dəstək vermək ittihamı ilə üzləşib. Eyni zamanda terror aktında 19 nəfər iştirak edib ki, bunlardan 15-i Səudiyyə, ikisi Birləşmiş Əərəb Əmirlikləri, biri Misir, biri də Livan vətəndaşları olub. Elə bu hal belə İslam dünyasını hədəf taxtasında qurbana çevirmək üçün kifayət qədər etibarlı fakt kimi istifadə edilib.

“11 Sentyabr” elə bil terror aktı olub ki, 3 minə yaxın insan ABŞ küçələrində qətlə yetirilsə də, onların qanı, Yaxın Şərqdə və Əfqanıstanda axıb..

Bütün bu kimi reallıqlar onu göstərir ki, terror aktını həyata keçirən Bin Laden və tərəfdarları olsa da, işin əsas təşkilatçılığı görünməyən bir əldən olub. Hədəf yuxarıda dediyimiz “yeni dünya düzəni”, bəhanə “terrorizmlə mübarizə”, məqsəd isə, Yaxın Şərqi və Əfqanıstanı xarabalığa çevirmək bahasına olsa belə bu bölgələrdə nəzarəti əldə saxlamaq olub.

Çünki Yaxın Şərqdə və Əfqanıstanda xaos mühitinin davamı Türkiyəni, İranı inkişafdan saxlayır, Çin, Rusiya və Pakistan kimi güclü ölkələrin sərhədlərində “təhdid” mühiti formalaşdırır və onların diqqətini dünya məsələlərindən uzaqlaşdırır. Ən əsası, Qərbin bölgəyə rahat müdaxiləsi üçün ideal zəmin hazırlayır. Həmçinin Qərb dini savaşı bu yolla qazanıb və İslam dinini bütün dünyaya terror dini olaraq xarakterizə edib.

“11 Sentyabr” kimin təşkilatçılığı ilə reallaşan müstəsna plandır bunu söyləmək mümkün deyil, ancaq bu çox effektiv bir plan idi. Plan özünü doğruldub və həm dünyada yeni düzən formalaşıb, həm də terrorla mübarizə adı altında terrorizmin gizli silah kimi istifadəsinin önünü açıb.

Busaat/az Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90