Seçicilərin sayının artım dinamikası ilə əlaqədar 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin hər biri üzrə bir əlavə seçki məntəqəsi yaradılmasına qərar verilib.
Busaat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında deyib.
Onun sözlərinə görə, seçki ilə bağlı fəaliyyət aktivləşib: “Artıq bəzi dairələrin tərkibində məntəqələrdə müəyyən dəyişiklik zərurətindən yeni seçki məntəqələri yaradılıb”.