20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir

image-39backend

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı al-qana boyanmağa başladı.Səbəbsiz və gərəksiz şəkildə dinc,bixəbər əhaliyə divan tutmaq həqiqətən də ədaləti həmin gecə məhv etdi.Bu qırğın sadə insandan xəbərsiz şəkildə həyatının məcburi şəkildə əlindən alınması demək idi.Bir neçə quduzlaşmış,texnika üzərində özlərini “canavar”bilən həmin o insanlıqdan uzaq olan varlıqlar əhalinin qanını küçələrə tökməyə çox həvəsli idilər.Oysa ki həmin gecədə gözlərini yuman neçə-neçə ruhun həyatda gələcək planı var idi.Onları reallaşdırmağa bu insanlıq anlayışını dərk etməyən varlıqlar izin vermədilər.Bu qırğın BMT qətnaməsində belə neçə dəfə rəsmi hüdudlarda müzakirəyə qaldırılmışdır.Çün ki canı əlindən alınan həmin o insanların qanları yerdə qalmamalıdır.Bu qırğın əsrlər boyu davam etdi, sadəcə 1990ci ilde qalmadı.Bu günə kimi o bizimlə qaldı.Çünki dövlətin nə qədər yaxşı yönləri  olsa da  bir o qədərdə acı verən yönləri də vardır.Ne qədər acı olsa da qəbullənmək və onunla güclənmək özü bir cəsarətdir.Lakin 2020 ci il o acının,o qanların qisasını alan il oldu.Bizə həmin acını sarmağa məlhəm olan il oldu.O ,günahsız insanların günahına girənləri cezalandıran il oldu.Ordumuz,güclənmiş dövlətimiz bu qırğınla bərabər bu zəminde dövlətimiz də törədilmiş əsilsiz qetliamlarin qarşısını almış oldu.Her il 20 Yanvar tarixi gələndə təqvim də o il qara şaxəde göstərilirdi.Ve hər il 20 Yanvarda günorta saat 12:00da bütün respublika sükuta dayanırdı.Bize bu acını verən o vəhşi düşmənlərə biz həqiqətən 44 günlük müharibə ilə illərin toz tutmuş ədalətsizliklərini başa salmış olduq.Lakin həmin gecə canını itirən həmin vətəndaşlarımız heç vaxt yadımızdan çıxmayacaq.Her il olduğu kimi bu ildə Şəhidlər Xiyabanı ziyarət edilərək onların ruhu yad ediləcək.Bu ənənə özünü hər il göstərəcək .Burdan həmin gecə canından keçmiş bütün həmvətənlərimizə Allahdan rəhmət diləyirem.Rahat olsun ruhunuz,qanınız yerdə qalmadı!

Xanbutayeva Nərmin

Azərbaycan Dillər Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki