2023-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların 2861 müraciəti təmin olunub.
Busaat.az-ın Dövlət Xidmətinə istinadən xəbərinə görə, ötən il təmin olunan müraciətlər üzrə 618 304 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara geri qaytarılıb.
Bu da 2022-ci illə müqayisədə 83% artım deməkdir.