Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.28 $▲0.05%
  • WTI neft101.40 $▲0.02%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.033 $▲0.07%
  • Qızıl4 049 $▼0.08%
  • Gümüş53.29 $▲0.11%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.00 ¢▲0.08%
  • Bitcoin79 826 $▼1.75%
  • Ethereum2 310 $▼2.00%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Azərbaycanda taksi qiymətləri bahalaşıb? - RƏSMİ

image-uber111
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda bəzi taksi şirkətlərinin minimal gedişhaqqını artırdığı iddia olunur. Bu barədə sərnişinlər sosial şəbəkə platformalarında məlumat paylaşıblar. Onların sözlərinə görə, “Uber”də minimal gediş haqqı 4 AZN, “Bolt”da isə 3,50 AZN təşkil edir.

Məsələ ilə bağlı “Uber”in mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tariflərdə heç bir dəyişiklik edilməyib:

“Tariflərin özləri, yəni ümumi gedişhaqqını formalaşdıran məbləğlər dəyişməyib. Lakin qiymət yalnız seçilən tarifdən deyil, həm də bir sıra digər amillərdən asılıdır. Buraya səfərin vaxtı və məsafəsi, xəttə çıxan sürücülərin sayı və tələbat kimi faktorlar daxildir”.

“Bolt”un Azərbaycandakı xidmət rəhbəri Naim Əzizov da News24.az-a açıqlamasında qiymət siyasətində və minimal gedişhaqqı məbləğində dəyişiklik olmadığını deyib. O, taksi xidmətlərinin dinamik qiymət prinsipi ilə işlədiyini vurğulayıb:

“Tələb və təklif arasında balanssızlıq yarandıqda ride-hailing xidmətlərinin alqoritmləri pik əmsallardan istifadə edərək qiymətləri tənzimləyir. Yəni sifarişlərin sayı sürətlə artıb sürücülərin sayını üstələyirsə, gedişin yekun dəyəri də yüksələ bilər. Balans bərpa olunduqda qiymət avtomatik azalır”.

N.Əzizov əlavə edib ki, gedişin dəyəri bir neçə amil əsasında müəyyən edilir:

“Bura baza tarifi (avtomobilin qəbul məntəqəsinə gəlməsi üçün ödəniş), səyahət vaxtı, məsafə, eləcə də dinamik əmsallar daxildir. Qiymətə tələb və təklif arasındakı balanssızlıq da təsir göstərə bilər. Sürücü səyahətin təxmini qiymətini görə bilir, lakin yekun məbləğ fərqli ola bilər. Bu, pis hava, yol işləri, tıxac və digər səbəblərdən marşrutun uzanması ilə bağlı ola bilər. Digər hallarda isə sərnişin marşrutu dəyişə və ya təyinat yerini səfər zamanı yeniləyə bilər. Ümumilikdə qiymət belə düsturla müəyyən edilir: (baza dəyəri + məsafəyə görə xərc + vaxta görə xərc) X faktor”.

Şirkət nümayəndəsi sonda bildirib ki, “Bolt” daim müştərilərin məmnuniyyətini təmin etməyə çalışır:

“Xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün sürücülərə hansısa insidenti proqram vasitəsilə qeyd edib müştəri dəstəyimizə müraciət etmələrini tövsiyə edirik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170983