Prezident Sərəncam imzaladı

image-resize-4backend

Masallı rayonunun Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraq avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb. 

Busaat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 8 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki