Məlum olduğu kimi, ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Məlumata görə, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Bütün bunlar 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq. Bu isə cəmiyyətdə narazılıq yaradıb.
Mövzu ilə bağlı açıqlama verən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasovun sözlərinə görə, ev təsərrüfatlarında kompüter, planşet və internetə çıxış imkanlarının uçota alınması dövlətin rəqəmsal infrastrukturunu, internet yayılma sürətini və əhalinin İT avadanlıqları ilə təminat səviyyəsini dəqiq qiymətləndirmək üçün həyata keçirilir.






















