
Astarada mikroavtobus aşdı: xəsarət alanlar var
Astarada sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.
Hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.
Deqədi-Astara istiqamətində hərəkətdə olan “Qazel” markalı marşrut avtobusu Deqədi kəndi ərazisində aşıb.
Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.
Yaralılar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilir.
Qeyd edək ki, hadisə zamanı marşrut avtobusunda 20-yə yaxın sərnişin olub.
Faktla bağlı araşdırma aparılır.





















