ABŞ, Britaniya və Kanada səfirləri ilə söhbət “sərt tonda” keçdi – Rusiya XİN

image-57457478_0_0_1600_900_1920x0_80_0_0_a9d5c0be8cb0b486093da491b7e36513-jpgbackend

Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ, Böyük Britaniya və Kanada səfirləri ilə söhbət sərt tonda keçib.

Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova Britaniya, ABŞ və Kanada səfirlərinin publisist Vladimir Kara-Murza  barəsində hökmün elan edilməsindən sonra bəyanatlarını Rusiyanın daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.

“Dünən diplomatlar Xarici İşlər Nazirliyinə çağırıldılar, onlara sərt tonda hər şey izah edildi”, –  Zaxarova deyib.

Qeyd edək  ki, səfirlər Rusiya Xarici İşlər Nazirliyinə Vladimir Kara-Murzaya (Rusiya Federasiyasında xarici agent kimi tanınıb – red.) hökm oxunduqdan sonra səsləndirdikləri bəyanatlarla bağlı çağırılıblar. Moskva Şəhər Məhkəməsi Kara-Murzanı dövlətə xəyanətdə və Rusiya ordusunu nüfuzdan salmaq maddəsi ilə  ittiham edərək 25 il müddətinə həbs etməklə sərt rejimli cəzaçəkmə müəssisəsinə göndərib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90