ABŞ Dövlət Departamentindən azadlığa buraxılan Sasunyanla bağlı – Açıqlama

image-dovlet-departamentibackend

ABŞ Dövlət Departamenti Los-Anceles Ali Məhkəməsinin Kaliforniyada türk konsulunu öldürən Hambiq Sasunyanın şərti olaraq azadlığa buraxılmasına dair qərarından məyusdur.

Busaat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilmiş müvafiq açıqlamada qeyd olunub.

“Dövlət Departamenti 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkanın öldürülməsində mühakimə olunan Hambiq Sasunyanın şərti azadlığa buraxılması qərarına görə çox məyusdur”,- deyə ABŞ dövlət katibi Entoni Blinken açıqlamada bildirib.

Onun sözlərinə görə, bir diplomata hücum yalnız konkret bir şəxsə qarşı ağır bir cinayət deyil, eyni zamanda diplomatiyanın özünə də bir hücumdur.

Blinken dünyanın hər yerində öz işinə sadiq amerikalı diplomatların təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın onları öldürənlərin mümkün qədər çox cəza almaları və onlara şərti cəza verilməməsini dəstəklədiyini bildirib.

“Hörmətli Arıkanın ailəsinə və Türkiyə Xarici İşlər Nazirliyindəki həmkarlarımıza itki ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı veririk”,-deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkan 28 yanvar 1982-ci ildə bu şəhərdə erməni terrorçular Hambiq Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib. Həbs edilən H.Sasunyan ömürlük həbsə məhkum edilib, qaçmağa nail olan K.Salibanın isə həmin il Livanda vətəndaş müharibəsində öldüyü iddia olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90