Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

ABŞ: "İsrailin təhlükəsizliyini dəstəkləməkdə qərarlıyıq"

image-kamala-harris

ABŞ vitse-prezidenti Kamala Harris HƏMAS-ın İsrailə qarşı hücumlarını pisləyib. Həmçinin, İsrailin təhlükəsizliyi üçün lazımi dəstəyi verməkdə qərarlı olduqlarını deyib.

Buaat.az-ın məlumatına görə, bu barədə Ağ Evin yaydığı yazılı açıqlamada bildirilib.

Xəbərə görə, Harris İsrail prezidenti İsaak Hersoqla telefonla danışıb.

Söhbət zamanı o, özü və əri adından həyatını itirənlərə başsağlığı verib, HƏMAS-ın hücumlarından zərər çəkən hər kəsə tezliklə şəfa diləyib.

Dəhşətli və görünməmiş hücumları pisləyən Harris, belə terror hücumlarına heç vaxt bəraət qazandıra bilməyəcəyini söyləyib.

O, ABŞ-nin İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini təkrar edərək, ölkəsinin İsrailə lazımi dəstəyi verməkdə qərarlı olduğunu vurğulayıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul