İsrail və ABŞ İranın nüvə silahına malik olmaması ilə bağlı razılığa gəliblər. Busaat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə Qüdsdə keçirdiyi mətbuat konfransında deyib.
“Biz bir çox mövzuları müzakirə etdik, lakin onların heç biri İrandan vacib deyil. İsrail və Amerika İran təhlükəsi ilə çiyin-çiyinə dayanır. Biz razıyıq ki, ayətullahların nüvə silahı olmamalıdır”, – İsrailin baş naziri deyib.