ABŞ Məxfi Xidmətinin direktoru vəzifəsini icra edən Ronald Rou 13 iyulda sabiq prezident Donald Trampa qarşı sui-qəsd cəhdi zamanı uğursuzluğu etiraf edərək rəhbərlik etdiyi qurumun bu məsələyə görə tam məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Busaat.az xəbər verir ki, Ronald Rou jurnalistlərə açıqlaması zamanı Trampın Pensilvaniya ştatında keçirilən mitinqdə sui-qəsdə uğraması ilə bağlı bunları deyib:
“Bu, missiyanın uğursuzluğu idi. Təşkilatımızın yeganə məsuliyyəti qorumağa cavabdeh olduğumuz şəxslərin təhlükə altında qalmamasını təmin etməkdir.”
O həmçinin sui-qəsd zamanı təhlükəsizlik zəifliklərinə görə yerli polis qüvvələrinin məsuliyyət daşımalı olmadığını dəfələrlə bəyan edib.