ABŞ qadınlara təzyiqlərə görə Taliban üzvlərinə viza məhdudiyyətləri qoyacaq

image-taliban-heyeti-katar-afp-1711375_2backend

ABŞ Əfqanıstanda qadınlara qoyulan qadağalara cavab olaraq Taliban müvəqqəti hökumətinə əlavə viza məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Xarici işlər naziri Antoni Blinken verdiyi açıqlamada bildirib.

Əfqanıstanda qadınlara qarşı davam edən repressiv siyasətdən məsul və ya zorakılıqda iştirak etdiyi düşünülən hazırkı və keçmiş Taliban üzvlərinə, qeyri-dövlət təhlükəsizlik qruplarının üzvlərinə və digərlərinə əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər görüldüyünü bildirən Blinken, ” Belə şəxslərin yaxın ailə üzvlərinə də viza məhdudiyyəti qoyula bilər”, – əlavə edib.

Talibanın verdiyi qərarlar nəticəsində, Əfqanıstan xalqının rifahını bir daha gözardı etdiyini vurğulayan nazir, bir milyondan çox məktəb yaşlı qız və gənc qadının məktəbdən məhrum edildiyini, daha çox qadının universitetlərdən, saysız-hesabsız əfqan qadınının isə təhsildən kənarda qaldığını bildirib.

Bu hərəkətləri ən sərt şəkildə qınadıqlarını vurğulayan Blinken, ABŞ-ın qadın və qızlar da daxil olmaqla, bütün əfqanların insan hüquqları və azadlıqlarının təşviqi üçün əlindən gələni edəcəyini vurğulayıb.

Qeyd edək ki, 2021-ci il avqustun 15-də Taliban hakimiyyətə gəldikdən sonra qadınlar və qızlar bir çox hüquqlarından, o cümlədən təhsil hüququndan məhrum ediliblər .

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90