ABŞ Səfirliyindən erməni hərbçilərin qaytarılmasına münasibət

image-sefirbackend

ABŞ-ın Azərbaycandakı Səfirliyi 5 Ermənistan hərbçisinin öz ölkəsinə təhvil verilməsinə münasibət bildirib.

Busaat.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.

Səfirlik ötən gün baş tutan təhvilvermə prosesini alqışladığını açıqlayıb: “Bunu Ermənistan və Azərbaycanın sülh prosesi üçün müsbət hal kimi dəyərləndiririk. Ümid edirik ki, Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya 5 nəfər Ermənistan hərbçisinin Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verdiyini açıqlayıb. Bunlar Aqramanyan Martin Muşeqoviç, Gevorkyan Aşot Artakoviç, Qriqoryan Feliks Arşakoviç, Manukyan Varazdat Amuşavan və Hovsepyan Edik Tiqranidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90