
ABŞ səfirliyinin zirehli maşını Sudanda atəşə tutulub
ABŞ-nin Sudanın paytaxtı Xartumdakı səfirliyinin zirehli maşını Sudanın Çevik Dəstək Qüvvələri (RSF) tərəfindən atəşə tutulub.
Busaat.az xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.
Nəşr ABŞ səfirliyindəki mənbələrə istinadən bildirib ki, səfirliyin zirehli maşını RSF tərəfindən qəsdən hədəfə alınıb.
Xəbərdə deyilir ki, diplomatlardan heç biri xəsarət almayıb.
Busaat.az






















