ABŞ Türkiyəyə 23 milyard dollarlıq “F-16”lar satacaq – TƏSDİQLƏNDİ

image-1706328467_79e67f23-6db9-32b1-9870-bfc48693f5f4_850backend

ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollar dəyərində “F-16” döyüş təyyarələri, təkmilləşdirmə dəstləri və digər sistemlərin mümkün satışına icazə verib.

Busaat.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Xarici Siyasət Departamenti Türkiyə hökumətinə “F-16”ların, təkmilləşdirmələrin və müvafiq avadanlıqların təxminən 23 milyard dollarlıq potensial satışını təsdiqləyib.

Sənədə əsasən, rəsmi Ankara əvvəllər ABŞ-dan 40 yeni “F-16” almaq, mövcud olanı 79 qırıcını modernləşdirmək, həmçinin naviqasiya, rabitə də daxil olmaqla ehtiyat hissələri və müxtəlif sistemlərin alınması üçün icazə istəyib.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib.

Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.Modern.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki