AFFA əməkdaşlarından daha bir nəfər UEFA-dan təyinat alıb.
Bu barədə AFFA paylaşım edib.
Busaat.az xəbər verir ki, bu dəfə təyinat alan şəxs qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayevadır.
Futbol mütəxəssisi olan həmvətənimiz qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupunda keçiriləcək Qazaxıstan–Rumıniya oyununun UEFA nümayəndəsi olacağı bildirilib.