AFFA-nın 30 illik fəaliyyəti…Zibilə qalmış ölkə futbolu – FOTOLAR

image-image_750x_64217011de7d6-1backend

2004-cü ildə sökülərək yerində yeni idman kompleksinin tikintisinə start verilmiş, lakin inşası naməlum səbəblərdən başa çatdırılmamış Şirvan şəhər stadionu ağ günə çıxmağa yaxındır…

mediasport.az saytı bu barədə xəbəri 2022-ci ilin noyabrında dərc etmişdi, ölkə arealında kifayət qədər səs-küyə, marağa səbəb olmuşdu.

O zaman yüksək dairələrdən saytımıza məlumat verilmişdi ki, illərdir mövzudan kənar qaçan SOCAR rəhbərliyi tikintisi 14 ildir yarımçıq dayandırılan idman qurğusunun hazır vəziyyətə gətirilməsini öhdəliyinə götürüb. Neft şirkətinin rəsmiləri bu məqsədlə AFFA nümayəndələri ilə birlikdə adıçəkilən bölgəyə yollanaraq Şirvandan olan Millət Vəkili İltizam Yusifov və şəhər İcra hakimiyyətinin rəsmilərinin də iştirakı ilə arenanın son vəziyyətilə yerində tanış olublar. Stadionun inşasının başa çatdırılmasına qərar verilib.

Qərar verilib…Bizə verilən məlumatda bildirilmişdi ki, tikintinin tamamlanmasına 2023-cü ilin yanvarında başlanılacaq. SOCAR 3 min azarkeş tutumuna malik olacaq arenanı və kompleksin nəzdindəki digər idman qurğularındakı işləri yaya qədər yekunlaşdıraraq təhvil verəcək və ilkin planlamada “Səbail”in aşağı yaş qrupları, 2024-cü ildən sonra isə əsas komandanı buraya köçürəcək. Amma…

Əmması burasındadır ki, mediasport.az saytı olaraq adıçəkilən bölgəyə səfər edib vəziyyətlə yerində tanış olduq. Çünki bəzi mənbələrdən xəbər aldıq ki, aidiyyəti strukturlar stadionda toplaşmış zir-zibili təmizləməyə başlayıblar. SOCAR-ın da smeta-maliyyə xərclərini hesabladığı deyilir.

Gördüklərimiz yenə də bizi təəccübləndirmədi. Hazır vəziyyətə gətirilməsinə cüzi işlər qalmış stadion və digər idman qurğuları, kompleks dörd bir tərəfdən zibil içindədi. Vəziyyət də sanki öz-özlüyündə Azərbaycan futbolunun indiki real mənzərəsini əks etdirir. Yaxud AFFA-nın 30 illik fəaliyyətinin “nəticəsi”ni görmək istəyən bircə dəfə bu stadiona baş çəksə, kifayətdir.

Vurğulayaq ki, Dövlət Neft Şirkəti 2008-ci ilə qədər tikintiyə nəzarət etsə də, inşaat işləri Şirvanın ovaxtkı İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla yerli iş adamı, “Qarasu” Əməliyyat Şirkətinin podratçısı Faiq Fətiyevin arasında yaranmış maliyyə probleminə görə yarımçıq qalıb. Görülmüş işlər də bu illər ərzində sıradan çıxaraq mahiyyətini itirib.

Orxan Məmmədli, xüsusi olaraq mediasport.az saytı üçün

Şirvan/Bakı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90