AKAF uşaqlar üçün əyləncəli tədbir keçirdi – FOTOLAR

image-whatsapp-image-2025-06-02-at-113803jpeg-1748850618backend

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir.

Busaat.az-ın məlumatına görə, kütləviliyi təmin etmək məqsədi ilə aparılan işlər çərçivəsində federasiya Gənclər və İdman Nazirliyi ilə birgə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib.

“Gənclik” metrosu yaxınlığında – “Dədə Qorqud” parkında keçirilən ictimai tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb. Bu sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət ediblər. 100-dən çox uşaq və yeniyetmə avarçəkmə qayıqları sürüblər. Tədbir paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu cür tədbirləri mütəmadi olaraq təşkil edir.

image-whatsapp-image-2025-06-02-at-113803-2-jpeg-1748850585

image-whatsapp-image-2025-06-02-at-113804-1-jpeg-1748850586

 

 

image-whatsapp-image-2025-06-02-at-113804-2-jpeg-1748850586

image-whatsapp-image-2025-06-02-at-113803-1-jpeg-1748850587

image-whatsapp-image-2025-06-02-at-113805-1-jpeg-1748850588

image-whatsapp-image-2025-06-02-at-113805-2-jpeg-1748850590

image-whatsapp-image-2025-06-02-at-113804-4-jpeg-1748850590

image-whatsapp-image-2025-06-02-at-113805-3-jpeg-1748850591

image-whatsapp-image-2025-06-02-at-113805-4-jpeg-1748850591

image-whatsapp-image-2025-06-02-at-113805-5-jpeg-1748850592

image-whatsapp-image-2025-06-02-at-113806-1-jpeg-1748850593


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki