ETX-nin rəis müavini vəzifəsindən AZAD EDİLDİ

image-vezife-900x560-4-png-1732001704backend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Tofiq Cəfərli vəzifəsindən azad edilib.

Busaat.az xəbər verir ki, bu barədə “APA-Economics”in əldə etdiyi məlumatı ETX-dan da təsdiqləyiblər.

Qurumdan bildirilib ki, hələlik T.Cəfərlinin yerinə təyinat olmayıb.

Qeyd edək ki, ötən günlərdə ETX-nin rəisi Samir Rəsulov da vəzifəsindən azad edilib və onun yerinə Fərid Zeynalov qurumun rəhbəri təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki