TƏCİLİ! Bu qida məhsulları BAHALAŞACAQ

image-supermarketbackend

Azərbaycanda bu bölgədə ət bahalaşıb. İsmayıllı rayonunda son bir ay ərzində ətin qiyməti orta hesabla iki manat artıb. Satıcıların sözlərinə görə, qiymətlərin qalxmasına əsas səbəb rayonda heyvanların sayının azalması və yem-otun bahalaşmasıdır. Onların fikrincə, bu bahalaşma təkcə alıcılara deyil, həm də satıcılara mənfi təsir göstərib. Əvvəllər gün ərzində 80-100 kiloqram ət sata bildikləri halda, indi 40-50 kiloqram satış olur. Alıcılar da qiymət artımından narazıdırlar.

Digər ərzaqların da qiymətlərində də yaxın gələcəkdə bahalaşma ehtimalı varmı?

Mövzu ilə bağlı politoloq Natiq Cəfərli Referans-a açıqlamasında bildirib ki, Azərbaycanda ət qiymətlərinin bahalaşması təəssüf ki, uzun zaman ərzində yayılmış bir tendensiyadır. Son 10 ildir ki, biz bu tendensiyanı görürük. Keçən il isə çox mənfi bir statistik rəqəmlər açıqlandı. Azərbaycanda 2023-24-cü illərdə iri buynuzlu mal qara 270 mindən çox, xırdabuynuzlu mal qara isə bir milyondan çox azalıb. Hökumət bu haqda düşünməlidir ki, niyə bu azalma baş verir. Bu azalma nəticəsində təbii ki, ətin qiyməti qalxır. Səbəblər çoxdur, Örüş yerləri ilə bağlı problemlərin olması, baytarlıq xidmətində istifadə olunan dərmanların bahalılığı, yem bazasında qiymət artımları əsas səbəblərdəndir. Təbii ki, bütün bunlar nəticədə bahalaşmaya təsir edir. Bununla belə digər problemlər də mövcuddur.

“Bu ət satanlar həm də başqa sahələrdə alıcıdırlar. Onlar görəndə ki, hər şeyin qiyməti qalxır yağın, şəkərin, unun, həyat səviyyəsi qalxır, cərimələr artır, vergilər artır necə deyərlər. Onların xərcləri artır deyə onlar da satdığı məhsulların qiymətini bahalaşdırmağa, artırmağa çalışırlar”, – deyə müsahibimiz qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki