Türkiyənin Mersin şəhərində “Akkuyu” AES-in birinci enerji blokunda tikinti istismara verilmə mərhələsinə qədəm qoyub.
Busaat.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə “Akkuyu Nuclear” ASC-nin Tikinti və İstehsalat Təşkilatının direktoru Denis Sezemin məlumat verib.
“Hazırda birinci enerji blokunun sistemlərində istismara verilməsi işləri aparılır. İlk enerji blokunun tikintisi üçün lisenziyanı 2018-ci ilin aprelində almışıq, ona görə də birinci enerji blokunun istismara verilmə tarixi, ehtimal ki, 2025-ci ilin aprelidir. Birinci blokda əsas tikinti-quraşdırma işlərinin böyük hissəsi başa çatdırılıb, bütün avadanlıq və sistemlərin işə salınması davam etdirilir”, – Sezemin vurğulayıb.
Onun sözlərinə görə, işlər təsdiq edilmiş qrafikə uyğun aparılır.