Almaniya Bundestaqının iki deputatı (ultra sağçı “Almaniya Alternativ” partiyasından) dünən işğal edilən Dağlıq Qarabağa gəlib.
Busaat.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
Mənbə bildirir ki, alman deputatlar Xankəndi və Şuşanı ziyarət ediblər və sonra burada müvəqqəti yaşayan erməni “rəsmilərlə” ortaq mətbuat konfransı keçiriblər.
Bundestaqın üzvləri çıxışlarında dünya ölkələrinin parlamentlərini yalnız danışmağa deyil, həm də hərəkət etməyə, Qarabağda əks-hücum əməliyyatı aparan Azərbaycana və onları silahla təmin edən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
Ermənipərəst deputatlar reallığı (əsil reallıq erməni işğalıdır) dünyaya çatdırmaq, Azərbaycan və Türkiyəyə sanksiyalar tətbiq etmək üçün hər şeyi edəcəklərini deyiblər.
Bundestaqın üzvü Steffen Kotre bildirib ki, Türkiyə-Azərbaycan silahlı qüvvələri Qarabağda müvəqqəti yaşayan erməniləri məhv etməyə çalışırlar (terrorçuları məhv etmək hər bir azərbaycanlının müqəddəs borcudur).
KONKRET.AZ