Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 177 $▲1.66%
  • Ethereum1 827 $▲3.31%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356

Bu kursantlar hərbi xidmətə göndəriləcək

image-esger11
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndəriləcəklər.

 

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, həmin şəxslər hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırılacaqlar.

 

Layihəyə əsasən, həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanacaq və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılacaqlar.

 

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, müvəffəqiyyətsizliyinə, oxumaq istəmədiklərinə (18 yaşı tamam olmayan xəstəliyə və ya ailə vəziyyətinə görə hərbi təhsil müəssisələrindən xaric edilən şəxslər istisna olmaqla), yaxud intizamsızlığa görə hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi təhsil müəssisəsinə daxil olana qədər müddətli həqiqi hərbi xidmətə çağırılmayan və yaxud çağırılan, ancaq müddətli həqiqi hərbi xidmətin müəyyən edilmiş müddətini keçməyən kursantlar müəyyən edilmiş müddətə müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər.

 

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=151781