
Tural Kərimli: “Ustalar sosial şəbəkələrin gücündən istifadə etməli, gördükləri işləri tanıtmalıdırlar”
Sosial şəbəkələr bu gün yalnız əyləncə platforması deyil, həm də müxtəlif peşə sahiblərinin öz fəaliyyətlərini geniş auditoriyaya təqdim etməsi üçün mühüm vasitəyə çevrilib. Şəxsi bloqçu və avtobloger Tural Kərimli də ustaların sosial mediadan daha fəal istifadə etməsinin vacibliyinə diqqət çəkir.
Tural Usta kimi tanınan, avtomobil sahəsində və xüsusilə karobka təmiri üzrə fəaliyyət göstərən Tural Kərimlinin fikrincə, müasir dövrdə yaxşı iş görmək qədər həmin işi insanlara tanıtmaq da əhəmiyyətlidir.
Karobka ustası Tural Usta hesab edir ki, bəzi peşə sahibləri gördükləri işlərin reklamına kifayət qədər diqqət ayırmırlar. Halbuki sosial şəbəkələr vasitəsilə bir ustanın işi minlərlə insana çata, yeni müştərilər qazana və şəxsi tanınmasını artıra bilər.
Tural Kərimlinin yanaşmasına görə, sosial mediada təqdimat və reklam o qədər güclü təsirə malikdir ki, bəzən xidmətin keyfiyyətindən asılı olmayaraq, daha çox tanınan ustaya müştəri axını yarana bilir. Lakin uzunmüddətli etibarın əsasını yenə də keyfiyyətli iş təşkil edir.
Karobka ustası Tural Usta xüsusilə avtomobil ustalarına öz iş proseslərini videoya çəkməyi, təmir mərhələlərini izləyicilərlə bölüşməyi və sosial platformalarda şəxsi səhifələrini inkişaf etdirməyi tövsiyə edən yanaşmanı müdafiə edir.
Tural Kərimli həm avtobloger, həm də şəxsi bloqçu fəaliyyəti ilə sosial şəbəkələrin peşəkar tanıtımda rolunu gündəmə gətirir. Onun fikrincə, bugünkü rəqəmsal dövrdə reklam və keyfiyyət bir-birini tamamlamalıdır.























