Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
18°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Almaniyada PKK tərəfdarları məscidin divarına məktub yazıblar

image-almaniya-mescid
Almaniya məscid

Almaniyanın Aşağı Saksoniya əyalətinin Hannover şəhərində separatçı terror təşkilatı PKK tərəfdarları tərəfindən məscidin divarına məktub yazılıb.

Busaat.az xəbər verir ki,bu barədə Diyanət İşləri Türk-İslam Birliyindən (DİTİB) verilən açıqlamada bildirilib.

Hannover DİTİB Mərkəz Məscid Birliyi Başçısı Mehmet Zengin daha əvvəl də məscidlərinə qarşı oxşar hücumların edildiyini söyləyib.

Hadisədən çox məyus olan Zengin bunları deyib:

“Biz və din xadimlərimiz narahatlıq içindəyik. Şəhərdəki əmin-amanlıq mühitinin bu şəkildə korlanmasına imkan verməyəcəyik. Ümid edirik ki, bu məsələ öz həllini tapacaq. Ən qısa zamanda rəsmi orqanlara müraciət edib və cinayətkarın tapılaraq məsuliyyətə cəlb olunmasını istəyəcəyik”.

Sözügedən yazını sildiklərini bildirən Zengin hadisəni kamera qeydləri ilə polisə bildirdiklərini söyləyib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul