Bakıda qətl hadisəsi olub.
Busaat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada naməlum şəxslə 31 yaşlı Anar Malik oğlu Quliyev arasında mübahisə yaranıb. Nəticədə A.Quliyev bıçaqlanıb və Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Lakin xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, o dünyasını dəyişib.
A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Naməlum müştəri kabab alarkən ona irad bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Sonradan küçədə tərəflər rastlaşıblar və mübahisə daha da böyüyüb. Nəticədə məlum olay baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.