Ağcabədidə “Asan xidmət” əməkdaşını qaçıran şəxs həbs olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mart ayının 7-də Ağcabədi rayonu ərazisində qohumu T.İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb.
Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.