Avropa Ağır Atletika Federasiyası sərt bəyanat yaydı

image-1681569868_643ab44248860643ab442488611681568834643ab4424885d643ab4424885ebackend

Avropa Ağır Atletika Federasiyası (EWF) aprelin 14-də İrəvanda Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.

Busaat.az xəbər verir ki, bəyanatda deyilir:

“Avropa Ağır Atletika Federasiyası 2023-cü il aprelin 14-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı bir nəfərin Azərbaycan bayrağını yandırması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyir.

EWF bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və “Fair Play”-in universal prinsiplərinə hücum hesab edir.

EWF bu hadisəyə dərhal reaksiya verib, Təşkilat Komitəsinə öz qəti mövqeyini bildirib və yarışın bütün iştirakçılarının təhlükəsizliyi üçün əlavə təminat tələb edib. EWF daimi olaraq Azərbaycan Respublikasından olan nümayəndə heyətinin yanında olub, idmançılar, məşqçilər və rəsmi şəxslərlə tam həmrəyliyini və dəstəyini ifadə edib.

EWF hesab edir ki, bu hadisə təcrid olunmuş hadisədir və Təşkilat Komitəsindən təcili olaraq tələb olunan əlavə tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək.

Biz Azərbaycan Respublikasının nümayəndə heyətinin müsabiqəni tərk etməli olmasına təəssüflənirik, eyni zamanda buna hörmətlə yanaşırıq. Nümayəndə heyəti Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak etmişik.

EWF rəhbərliyi komandalar üçün bütün təhlükəsizlik şərtlərinin yerinə yetirilməsini təmin etmək üçün nümayəndə heyətləri yola düşənə qədər bu Çempionatlar çərçivəsində həyata keçirilən bütün tədbirlərdə iştirak edəcək.

EWF Azərbaycan Komandası və Federasiya ilə həmrəy olaraq qalır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90