Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 749 $▼0.03%
  • Ethereum2 361 $▲0.23%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
İdman

Avropa Liqası: “Qarabağ” ilk üç oyununda qələbə qazanan yeganə komandadır

image-qarabag-fk
Qarabağ FK

“Qarabağ” 2023/2024 mövsümündə UEFA Avropa Liqasının ilk üç oyununda qələbə qazanan yeganə komandadır.

Busaat.az-ın məlumatına görə, Azərbaycan çempionu III təsnifat mərhələsində keçirdiyi hər iki görüşdə, həmçinin pley-offun ilk duelində rəqibini məğlub edib.

Əvvəlki raundda Finlandiya təmsilçisi HİK-i hər iki qarşılaşmada 2:1 hesabı ilə üstələyən Qurban Qurbanovun yetirmələri ötən gün Sloveniyada “Olimpiya”nın qapısından 2 cavabsız top keçiriblər.

Turnirin III təsnifatdan başlayan cari mövsümündə İsveç “Haken”i də mübarizəyə ardıcıl iki qalibiyyətlə start vermişdi. Lakin adıçəkilən komanda pley-offun ilk matçında öz meydanında “Aberdin”in (Şotlandiya) müqavimətini qıra bilməyib – 2:2.

“Qarabağ” və “Haken”lə yanaşı, “Slaviya” (Çexiya), “Olimpiakos” (Yunanıstan) və “Şerif” (Moldova) turnirdə keçirdiyi ilk 3 oyunda uduzmayıblar.

Qeyd edək ki, Avropa Liqasında pley-offun cavab görüşləri avqustun 31-də keçiriləcək.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul