“Avropa Məhkəməsindəki şikayətlərimizdə heç bir dövlət kömək etmir”

image-cingizbackend

“İndi Avropa Məhkəməsində Ukraynanın Rusiyaya qarşı işi üzrə icraat başlayıb. Demək olar ki, Avropa Şurasının üzv dövlətlərinin əksəriyyət bu işdə Ukrayna tərəfindən üçüncü dövlət qismində çıxış edir. Lakin bizim işlərdə hətta “Çıraqovlar Ermənistana qarşı”, “Azərbaycan Ermənistana qarşı” şikayətdə heç bir dövlət bunu etmir”.  

Busaat.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda bildirib.

“Bu, nə deməkdir? Yenə də onu göstərir ki, bizə qarşı ayrı-seçkilik mövcuddur. Biz öz haqqımızı müdafiə etməyə davam etməliyik. Bu sahədə daha da israrlı olmalıyıq. Daha da ciddi faktları masa üzərinə qoymalıyıq.

Əminəm ki, bu sahədə də qələbə çalacayıq. Əminəm ki, Avropa Məhkəməsi haqlı qərar qəbul edəcək və azərbaycanlıların pozulmuş hüquqlarının bərpası məqsədilə Ermənistanın üzərinə kompensasiya, təzminat təyin ediləcək”, – deyə Çingiz Əsgərov qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90