Avropa seçimini etməlidir: İmperiya həvəskarı Rusiya, yoxsa suverenliyini istəyən Azərbaycan? – ÖZƏL

image-391759backend

 Dünyanın siyasi vəziyyəti gərginləşdikcə mövcud krizlərin sayı artmaqda və əsəblər gərilməkədir. Artıq demək olar ki, qaynar nöqtələrin sayı da əvvəlki illərə nisbətdə artan templə davam edir.

Elə həmin sönməyən qaynar nöqtələrdən biri də Cənubi Qafqaz, Cənubi Qafqazın Azərbaycan və Ermənistan dövlətləri arasındaki çəkişməsidir. Cənubi Qafqazda mövcud olan bu problemin əsas səbəbi Ermənistan tərəfinin 30 ildən çoxdur davam edən işğal və terror siyasətidir. Həm Qərb, həm də Rusiyanın havadarlığına əmin olan Ermənistan dövləti özündən dəfələrlə güclü bir ölkəyə qarşı macəra axtarışına davam edir.

Xüsusilə, 2020-ci ildə yaşanan və Azərbaycan ordusnun parlaq qələbəsi ilə başa çatan “Vətən müharibəsi”ndən sonra ehtimal edilirdi ki, Ermənistan tərəfi əsassız iddialarının reallaşmasının mümkünsüzlüyünü anlayacaq və bütün imperial iddialarından əl çəkərək Azərbaycanın suverenliyinə qarşı təcavüzlərinə son verəcək. Ancaq tam əksini görməkdəyik. Ermənistan tərəfi yenə də havadarlarının dəstəyinə əmin olaraq revanşist addımlara başlayıb və Azərbaycan-Ermənistan sərhəddində müxtəlif təxribatlar törədir.

Təbii Ermənistanın bir dövlət olaraq bu kimi təxribatlara tək başına qərar verə bilməyəcəyi bəllidir. Təxribat Ermənistanın əli ilə onun havadarlarının maraqlarına uyğun olaraq həyata keçirilir.

Prosesləri diqqətlə izləsək görərik ki, Azərbaycan dövləti son zamanlar Avropanın enerji problemlərinin həllində önəmli rol alır. Bununla Azərbaycan həm dünya siyasətində yerini möhkəmləndirir, həm iqtisadi gəlirlərini artırır, həm də sərhədlərindəki güclü dövlətlərə qarşı əlini gücləndirir. Ən əsası isə, Cənubi Qafqazın əsas ölkəsi oalaraq Azərbaycanın dünyəvi proseslərdə rolunun artması Cənubi Qafqazın Rusiya və İran kimi dövlətlərin təzyiqinə qarşı daha dayanıqlı olmasına səbəb olur.

Qısası, Azərbaycanın hər keçən gün inkişaf etməsi, Rusiya və İranda xoş qarşılanmır. İran sadəcə geosiyasi gücünü itirdiyi zamanda, Rusiya isə, daha artıq zərərlər görür:

1. Azərbaycanın inkişafı və dünya siyasətində rolunun artması, Rusiyanın bölgədə söz sahibliyini siyasi cəhətdən azaldır. Üstəgəl, Azərbaycan və Türkiyə ittifaqı zamanla Cənubi Qafqazda daha aktiv siyasi oyunçu halına gəlir ki, bu proses Rusiyanı qıcıqlandırır. Çünki paraleldə Rusiya özünün Cənubi Qafqazdakı “proyekt dövləti” Ermənistanı itirmək təkhlükəsi ilə qarşılaşıb. Ona görə ki, indi Ermənistanda Qərb yönümlü iqtidar hakimiyyətdədir və onlar erməni xalqına aşılamağa çalışır ki, yaxşı gələcək Avropaya inteqrasiya ilə mümkündür. Belə olan halda, Rusiya çalışır ki, Cənubi Qafqada sürətlə güclənən və güc mərkəzinə çevrilmək potensialına sahib Azxərbaycanı maksimum “ram etsin”. Bakının qərarları olmadan Cənubi Qafqazda siyasət mümkünsüz hala gəlib.

2. Azərbaycanın inkişafı və dünya siyasətində rolunun artması, Rusiyanın bölgədə söz sahibliyini iqtisadi cəhətdən azaldır. Xüsusilə Ukraynada işğal əməliyyatlarının başlamasından sonra Avropa Rusiyadan alınan enerjidən imtina etməyin yolarını axtarır. Belə bir vaxtda Azərbaycan Avropa üçün alternativlər təklif edir və bu alternativlər Avropanın enerji təhlükəsizliyinin tam həllini təmin etməsə də əhəmiyyətli dərəcədə asılılığı aradan qaldırır. Bilirik ki, Rusiyanın Avropaya qarşı son və əsas silahı elə “enerji təhlükəsizliyi” məsələsidir. Yaxın gələcəkdə Rusiyadan enerji asılılığı aradan qaldırırlarsa, yaxud bu asılılıq azaldılarsa o halda Rusiya Avropaya qarşı son silahını da itirmiş olacaq. Bu hal isə, Avropanın Rusiya siyasətində daha “öldürücü” qərarlar almasına zəmin hazırlmış olacaq. Təbii, Azərbaycanın enerji resursları və Azərbaycandan keçəcək tranzit yollar bu məsələdə həyati önəmə sahibdir. Məhz bunları nəzərə alan rəsmi Kreml indi bütün vasitələrlə rəsmi Bakını “vurmağa” və “oyundan çıxarmağa” çalışır. Bunun ən effektiv yolu isə – 200 ildir olduğu kimi “Erməni kartı”dır.

3. Azərbaycanın inkişafı və dünya siyasətində rolunun artması, Rusiyanın bölgədə söz sahibliyini hərbi-texniki cəhətdən azaldır. Gəlin xatırlayaq ki, 2020-ci ildə Azərbaycan şanlı qələbəsinin ardından “Zəfər Parkı”nı saldı və burada Ermənistan ordusundan əldə edilən hərbi-texniki qənimətləri nümayiş etdirdi. Hər nə qədər Ermənistandan əldə edilsə də, həmin texnikaların böyük əksəriyyətinin istehsalçısı Rusiya idi. Yəni Azərbaycan dünyaya göstərə bilmişdi ki, əslində Rusiya hərbi sənayesi artıq “ölüb”. Həmçinin “Vətən müharibəsi”nə qədər kimsə ehtimal vermirdi ki, Azərbaycan tərəfi Cənubi Qafqazda Rusiyanın hərbi mövcudluğunu görməzdən gələrək geniş hərbi əməliyyatlara başlasın və Rusiyanın maraqlarını kökündən sarsan bir işi – Qarabağın işğaldan azad edilməsini reallaşdırsın. İndi isə, həmin uğurun nəticəsidir ki, Cənubi Qafqazda yeni reallıq yaranıb və bu reallıq Azərbaycan faktorunu ön plana çıxarıb. Rusiyanın Cənubi Qafqazdakı hərbi varlığı arxa plana atılıb…

Bütün bunları nəzərə aldıqda son günlər yaşanan təxribatların sifarişçisini anlamaq çətin olmur. Anlaşılmayan tək nöqtə isə, Qərbin hələ də anti-Azərbaycan yanaşmasıdır. Qərb anlamır ki, Azərbaycana qarşı atdıqları hər bir addım əslində Rusiyanın imperial maraqlarına xidmət edir. Qərb dairələrində mövcud olan “Erməni sevdası” hətta bu ölkələrin öz dövlət maraqları ilə ziddiyyət təşkil edir. Bir tərəfdən Rusiyanın Cənubi Qafqazdakı varlığını yox etmək istəyən Qərb özüdür, digər tərəfdən isə, bunu reallaşdıracaq yeganə ölkə Azərbaycanın “əlini-qolunu bağlayır”. Əslində Qərbin niyə məkrli davrandığı anlaşılandır. Yaxşı bilirlər ki, Azərbaycan imperializmin hər birinə qarşıdır və kimsəyə boyun əyməyəcək. Belə ki, Qərb Cənubi Qafazda Rusiyanın varlığını aradan qaldıraraq öz varlığını buraya gətirmək niyyətindədir. Azərbaycan heç bir imperial marağın Cənubi Qafqaza ayaq açmasını istəmir. Ermənistan isə, yarandığı ilk gündən kölə siyasətinin bir parçası olduğu üçün onlara yeni ərazilər vəd edən istənilən gücə tabe olmağa hazırdırlar: təki Türklərə qarşı qırğınlar törədib yeni ərazilərə sahiblənsinlər…

Xüsusilə Fransanın anti-Azərbaycan siyasətini görməmək mümkün deyil. Hətta fransızlar Azərbaycana qarşı o qədər nifrət bəsləmiş olmalıdırlar ki, Azərbaycandan Avropaya qaz nəqlinə sanksiyalar qoymaqla Azərbaycan iqtisadiyyatını çökdürmək üçün çağırışlar edib. Yaxşı bəs, Avropa özü üçün son qapı olan Bakı neftindən imtina edərsə enerji təhlükəsizliyini necə təmin edəcək?

Avropa dövlətləri anlamalıdırlar ki, artıq Aəzrbaycan faktoru əvəzedilməzə çevrilib. Azərbaycandan imtina etmək, yaxud onu görməzdən gəlmək Rusiyanın imperial maraqlarının önünü açmaq deməkdir. Çünki coğrafi mövqe, həm də təbii sərvətlər baxımından Avropa ya Rusiyanın imperial maraqlarına boyun əyib onunla tərəfdaşlığa razı olmalıdır, ya da ki, Bakının suveren hüquqlarına hörmət edib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidir. Bəs erməni sevdası?

Elə bu nöqtədə Avropa yenə dərk etməlidir ki, güclər nisbətinin dəyişdiyi ilk məqamda Rusiya kimi əvəzedilməz müttəfiqini satan ermənilər bir gün Avropanın özünə belə ərazi iddiaları səsləndirəcək qədər mənfurdur. Avropa çox iş görməldiir. Məsələn ilk öncə Fransa tərəfinə kin və nifərtən uzaq siyasət aparmaq aşılanmalıdır. Bunu etsə İngiltərə edər ki, Fransanın bir zamanlar Rusiya sevdası da elə ingilislərə olan nifrətindən qaynaqlanırdı. Axı əsrlərdir fransızlar dünyada söz sahibi olmaq üçün müharibələr başladıb və hər dəfə də London səddini keçə bilməyib..

Xülasə, Fransanın sərəm iddialarına və çağırışlarına baxmayın. Hazırki məqamda Avropanın ağlı başında siyasi dairələri Rusiyanın imperiya maraqlarının doğduğu təhlükənin fərqindədirlər. Onun əsas və effektiv silahı olan enerji resurslarına qarşı tək çıxış yollarının Azərbaycan olduğunu da bilir və görürlər. Ya indi məcburdurlar ki, hansısa dəyərsiz Ermənistan üçün Azərbaycan dövləti ilə əlaqələri məhv etsinlər, ya da ki, Azərbaycanın suveren hüquqlarına baş əysinlər. Birinci verisya özləri üçün inanılmaz fəlakətlər gətirə bilər. İkinci versiyada isə, itirəcəkləri tək şey Ermənistandır. O Ermənistan ki, fəaliyyəti sadəcə Rusiyanın bir quberniyası olmaqdan ibarətdir…

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki