Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 812 $▲0.50%
  • Ethereum2 266 $▲0.61%
  • S&P 5007 580▼1.83%
19°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Cəmiyyət

Aydın Talıbovun “Veysəloğlu-Yaycılı qardaşlar” MMC-sinin dövlətə vergi borcu 1.5 milyon manata çatdı (FOTOFAKT)

image-aydin-talibov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Veysəloğlu-Yaycılı qardaşlar” MMC-nin dövlətə külli miqdarda vergi borcu mövcuddur.

Busaat.az-ın əldə etdiyi məlunata görə, şirkətin vergi borcu təxminən 1.5 milyon manata yaxındır (1443862.91 AZN).

Bildirək ki, 2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 milyon manat nizamnamə kapitalı olan “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğludur.

Xatırladaq ki, 1994-cü ildən topdansatış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış, distribüter və istehsal şirkətidir. 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. Şirkətlər Qrupuna “Ulduz” şokolad fabriki də daxildir.
Yerli mediada gedən məlumatlara görə, “Veysəloğlu” MMC Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında qeydiyyatdadır və nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.Onu da bildirək ki, Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında bənzər adda daha 2 şirkət – “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC və “Veysəloğlu Grup” MMC-də qeydə alınıb. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 milyon manat nizamnamə kapitalı olan “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-ninqanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğludur. 2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.

 

image-aydin2

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140353