Azad edilən ərazilərdə dabaq xəstəliyinə qarşı azad zonalar yaradılacaq

image-img_6058backend

Azad edilən ərazilərdə – Zəngilan, Qubadlı, Laçın, Füzulidə dabaq xəstəliyinə qarşı azad zonaların yaradılması nəzərdə tutulub.

Busaat.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, ÜHS-nin Avropa Komissiyasının vitse-prezidenti Qalib Əbdüləliyev “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” adlı paneldə deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərlə yanaşı, Naxçıvanda da vaksinasiya aparmaqla dabaq xəstəliyinə qarşı mübarizə prioritet istiqamətlərdəndir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki