Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.81 $▼6.64%
  • WTI neft85.97 $▼5.85%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.208 $▲6.12%
  • Qızıl4 138 $▲0.10%
  • Gümüş53.22 $▲0.19%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda591.00 ¢▼0.08%
  • Bitcoin74 867 $▼0.52%
  • Ethereum2 119 $▼0.62%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

İranın “Flaminqo” qorxusu: "Ukrayna bizi Xəzərdən vuracaq" - SEPAH

image-65ef789dce576e0aaaf52e32307991bf
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı teleqram kanalları son günlər yeni təxribat kampaniyasına başlayıb.

Musavat.com xəbər verir ki, onlar Ukraynanın hazırladığı “Flaminqo” adlı uzaqmənzilli qanadlı raketlərin fotosunu paylaşaraq iddia edirlər ki, Kiyev bu silah vasitəsilə 3000 km məsafəyə qədər şəhərləri vurmaq imkanına malikdir.

SEPAH-ın yaydığı məlumatlarda bildirilir ki, Ukrayna bu raketlərlə yalnız Rusiyanın dərinliklərini deyil, hətta Xəzər dənizi üzərindən İranın Təbriz, Tehran, İsfahan və Məşhəd kimi iri şəhərlərini də hədəfə ala bilər. İddialara görə, bu hücumlar üçün Ukraynanın qonşu dost ölkələrin hava məkanını pozmasına belə ehtiyac qalmaz.

Məlumatda diqqətçəkən məqam isə odur ki, SEPAH bu “təhlükə ssenarisini” təqdim edərkən xüsusi olaraq Xəzər dənizini və Azərbaycanı vurğulayır, İran üçün təhdidin buradan qaynaqlandığını önə çəkməyə çalışır.

Ekspertlərin fikrincə, bu iddiaların siyasi və psixoloji əsasları var. Çünki son iki ildə məhz İran dronları Ukrayna şəhərlərini dağıdıb. Tehranın Rusiyaya yüzlərlə “Şahid” tipli dron satması və ya bağışlaması Ukraynanın açıq düşmənçiliyinə səbəb olub.

WhatsApp Image 2025-08-20 at 13.32.15.jpeg (156 KB)

Buna görə də Ukrayna rəhbərliyi dəfələrlə bəyan edib ki, İran onun düşmənidir və Rusiya ilə eyni cəbhədədir. Belə bir reallıqda Tehran özünün potensial cavab zərbələrindən çəkinməsi təbiidir.

Bununla yanaşı, SEPAH-ın ortaya atdığı “Flaminqo qorxusu” daha çox təbliğat xarakteri daşıyır. Ukraynanın hazırda Rusiyaya qarşı ağır müharibə apardığı, özünü müdafiə etmək üçün bütün gücünü səfərbər etdiyi bir dövrdə İran şəhərlərini Xəzər üzərindən hədəf alacağına dair iddialar reallıqdan uzaqdır.

Əslində bu ssenari ilə SEPAH bir daha Azərbaycanı və Xəzər dənizini İran ictimaiyyətinə guya “təhlükə mənbəyi” kimi göstərməyə çalışır. Əgər əvvəllər İran rəsmiləri təhlükəni İsrail və Türkiyə ilə bağlayırdılarsa, indi isə bu siyahıya Ukraynanı da əlavə edirlər.

İranın Ukraynadan qorxusu müəyyən mənada anlaşılandır – çünki məhz Tehranın Rusiyaya verdiyi dronlar Kiyevdə minlərlə günahsız insanın ölümünə səbəb olub. Lakin bu qorxunu Azərbaycan və Xəzər dənizi ilə bağlamaq məntiqsiz və təxribat xarakterli addımdır.

SEPAH-ın iddiaları daha çox daxili ictimai rəyi manipulyasiya etməyə, İran xalqının diqqətini real problemlərdən yayındırmağa xidmət edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170536