Azad edilmiş ərazilər minalardan belə təmizlənir – Fotolar+Video

Azad edilmiş ərazilər minalardan belə təmizlənir – Fotolar+Videobackend

İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər icra olunur.

Busaat.az  xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır.

Avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra edilir.

Bu günədək xeyli sayda minalar və partlamamış döyüş sursatları ərazilərdən toplanıb.

Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

busaat 9851b6199b13acb5332468c87294c0ed gi4ahzt10nk39pouevcw busaat 0e8a4b9fa5f8e6ef9518674474249cc9 7wsmixc3962ubor1yajp busaat e9aedeaeaf4e82ffb9a563cda8f27589 503y9on468hx7tk2qpzm


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki