AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

image-1709887446_azal_tel_evivbackend

8 mart 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90