AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır

image-695b5f8f-289a-3d94-8d98-1be38feec0cb_850-1-jpg-1747991288backend

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzasının araşdırılması toplanmış materialların tədqiqatı mərhələsindədir.

Busaat.az  Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev Senatda bildirib.

“Birinci mərhələ materialların toplanması idi, o başa çatıb. İndi ikinci mərhələdir – toplanmış materialların tədqiqatı gedir. İndi araşdırma mərhələsindəyik. Araşdırma çərçivəsində bizim mütəxəssislərimiz cəlb edilmiş xarici mütəxəssislərlə və həmçinin ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olublar”, – M.Karabayev qeyd edib.

Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki