Gəncədə iki məktəbli arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Busaat.az xəbər verir ki, hadisədən sonra 15 yaşlı şagird valideynləri tərəfindən xəstəxanaya çatdırılıb, ona zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Baş vermiş hadisə ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hər iki şagirdin valideynləri məktəbə dəvət edilib və onlarla profilaktik söhbət aparılıb. Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ətraflı Xəzər TV-nin Süjetində:








