“Gülüstan” sarayında Azərbaycan dili və Ədəbiyyatı Forumunun ikinci günü başlayıb.
Busaat.az xəbər verir ki, forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və ictimaiyyət nümayəndələri iştirak edir.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forumun təşkilatıçısı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, dəstəkçisi isə Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasıdır.
Qeyd edək ki, forumun açılışı Şamaxı şəhərində olub.