Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi…

image-1667563000_zzzzzzz_1729160062-fullbackend

Müdafiə Nazirliyi hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edib. Yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb.

“Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər. Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar. Bununla da Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir. Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır.

Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər”, – O.Gündüz qeyd edib.

Mövzu ilə bağlı Referans.az-a danışan hərbi məsələlər üzrə ekspert Elxan Şıxaliyev bildirib ki, 600 – dən yuxarı bal toplamış və xarici universitetlərin bakalavr, magistr təhsilini İT texnologiyaları üzrə bitirən tələbələrin xüsusi şərtlərdə intellektual bölmələrdə xidmətinə dair qərar qəbul edilib:

“Milli Müdafiə Universitetinə qəbul olacaq tələbələrlə bağlı bu çox inqilabi qərardır. Adətən 600 baldan çox bal toplayan abituriyentlər bakalaviriat pilləsini bitirəndən sonra magistr pilləsinə daxil olurlar. Bu ali təhsil pilləsindən sonra məzunlar çox vaxtı doktorantura pilləsinə sənədlərini verirdilər ki, bir il fasilə yaranmasın. Bundan sonrakı mərhələdə orduda xidmətdən keçməmək kimi qərar qəbul edirdilər. Yeni qərar qəbul ediləndən sonra bir neçə proses baş verəcək. İstənilən halda 600 bal toplayan və dünyanın tanınmış universitetlərində oxuyan tələbələr asanlıqla hərbi xidmətə dönəcəklər və təhsilin arası kəsilməyəcək. Həmin məzunlar əsgərlikdə intellektual bölmələrdə, yeni nəsil texnologiyalarla dəstəklənən İT texnologiyalarına aid proqramlaşmanın olduğu sahələrdə xidmətlərini həyata keçirəcək. Proses başlayıb və bu kriteriyalara uyğun gələn əsgərlər bu bölmələrə cəlb ediliblər”.

Hərbi ekspert deyir ki, Müdafiə Nazirliyinin strukturlarında 4 və 5 – ci nəsil texnologiyalarla dəstəklənən hərbi – texniki avadanlıqların isitifadəsi üçün nəzərdə tutulan bölmələr var. Bu avadanlıqların istifadəsi üçün mütləq intellektual hərbiçilər olmalıdır. Onlar gələcəkdə müdafiə sənayesi istehsalına cəlb olunaraq, İT texnologiyaları üzrə dəstəklənən hissəsinə yönləndiriləcəklər.

Müsahib qeyd edir ki, hərbi sahədə atılacaq addımın təhsili sistemimizə çox böyük təsiri olacaq. Hərbi xidmətdən yayınmanın yolları qalmadığı üçün gənclər sırf hərbi xidmətlərini bu bölmələrdə keçsin deyə çox böyük bilik yarışına girəcəklər: “Yaxın 10 ildə hərbi sahədə dəyişiklik baş verəcək. Xaricdə oxuyub, vətənə qayıtmaq istəməyən gənclərin hərbi xidməti həddindən artıq asanlaşdı. Seçimdən sonra gənclərimiz əxris olunandan sonrakı mərhələdə həm Müdafiə Nazirliyinin, həm də Müdafiə Sənayesinin strukturlarında işləyə biləcəklər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki