Çox sayda insanın zəhərlənməsinə səbəb olan dönərxananın GÖRÜNTÜLƏRİ – VİDEO

image-9png-1729109942backend

Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.

Bakıvaxtı.az bildirir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə 21 nəfər dönərdən zəhərlənmə şübhəsi ilə müraciət edib.

Müraciət edənlər arasında 2 və 3 yaşlı uşaqlar da var. Zəhərlənənlərin sözlərinə görə, hadisə Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Köz dönər” adlı iaşə obyektində baş verib:

“Axşam saat 8 radələrində toyuq dönəri yedik. Bir neçə saat sonra vəziyyətimiz ağırlaşdı, ürəkbulanma başladı və təcili tibbi yardıma müraciət etdik”.

Məlumata görə, aidiyyəti qurumlar tərəfindən həmin obyektin fəaliyyəti dayandırılıb.

Busaat.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki