Azərbaycan əməkdaşlığın, sülhün, təhlükəsizliyin, sabitliyin, inkişafın tərəfindədir

image-xi-qlobal-baki-forumubackend

Müstəqillik əldə edildikdən sonra Azərbaycan artıq dəfələrlə mötəbər beynəlxalq təbirlərə ev sahibliyi edib, bu tədbirlərin təşəbbüskarı kimi, onların mövzuları düşünülmüş və ardıcıl şəkildə müəyyən olunub. Əlbəttə ki, Azərbaycanın ev sahibliyi etdiyi həmin mötəbər tədbirlər bir qayda olaraq geosiyasi, enerji, mədəniyyət, siyasət, sivilizasiya, din üzrə əməkdaşlığı gücləndirməyə, genişləndirməyə, dialoqa xidmət edir və beləliklə də Azərbaycan özünün xarici siyasətinin əsas missiyalarından birini uğurla bütün dünyaya nümayiş etdirir. Məhz elə bu baxımdan Qlobal Bakı Forumu da xüsusi təsiri olan, əhəmiyyətli tədbir kimi qiymətləndirilir.
İlk olaraq 2013-cü ildə Cənubi Qafqaz Forumu adı altında təşkil edilən, 2014-cü ildə Qlobal Açıq Cəmiyyətlər Forumu adı ilə keçirilən bu forum, 2015-ci ildən başlayaraq Qlobal Bakı Forumu adlanır və bu Forumda dünyanın bir sıra ölkələrinin dövlət başçıları, tanınmış siyasətçilər iştirak edirlər. Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrlı dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir və bu zaman insan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlər müzakirə olunur, onların həlli tapılır. Daha dəqiq desək, forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılmasıdır. Heç şübhəsiz ki, forumun nəticəsi də müvafiq olaraq beynəlxalq təşkilatlara, ölkə liderlərinə, hətta bəzən ayrı-ayrılıqda hər bir şəxsə tövsiyyələr və müraciətlərdə öz öksini tapır.

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak və çıxış edib.

Ölkəmizin başçısı öz çıxışında hazırkı dünyada bir sıra problemlərə toxunaraq dünya düzənində vacib olan beynəlxalq hüquq normalarının tətbiqinin vacibliyini bildirib. Cənab Prezident qeyd dib ki, buna nail olmaq üçün ilk növbədə ikili standartlardan əl çəkilməlidir. Konkret nümunə kimi Azərbaycan-Ermənistan münaqişəsinin həllindən sonra Fransanın sərgilədiyi mövqenin yolverilməz olduğunu bildirən cənab İlham Əliyev deyib: “Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.” Halbuki Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib və bu zaman beynəlxalq hüququn bütün normalarına əməl edilmişdir. Lakin istər ikinci Qarabağ müharibəsində, istərsə də antiterror tədbirləri zamanı Ermənistan Ordusunun müsadirə edilmiş silahlarının qiyməti 5 milyard dollardan artıq olmuşdur. Bəs bu silahları Ermənistana kim, həm də pulsuz vermişdir? Bu silahları verməkdə məqsəd nədir? Təbiidir ki bu sualların cavabı aydındır.”

Cənab İlham Əliyev bu cür avantüraların bizi yolumuzdan döndərə bilməyəcəyini qətiyyətlə vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan hazırkı vaxtda dünyada gedən iqlim dəyişikliklərinə ciddi reaksiya verən ölkələrdən biridir. Bakıda keçirilməsi nəzərdə tutulan COP29 konfransına hazırlıq prosesi davam edir. Bu konfransa ev sahibliyi edəcək Azərbaycanın əsas məqsədi iqlim dəyişikliklərinə töhfə verməkdir.Ona görə də Neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var.” Bu onun göstəricisidir ki, Azərbaycan hər zaman olduğu kimi yenə də əməkdaşlığın, sülhün, təhlükəsizliyin, sabitliyin, inkişafın tərəfindədir, keşiyindədir və bu ənənəsinə sadiqdir.

Eltun Süleymanov,
Nəsimi RİH-nin yanında
İctimai Şuranın sədr müavini

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90