Azərbaycan güləşçisi Ermənistan idmançısına qalib gəldi
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı Azərbaycan idmançıları üçün uğurlu başlayıb.
Busaat.az xəbər verir ki, Vətən müharibəsi zamanı cəbhədə olmuş Əfqan Xaşalov yunan rəqibinə 10:0 qalib gəlib.
Əli Rəhimzadə erməni idmançı Qevorq Tadevosyanı 2:1 məğlub edib. Rəşaf Yusifli polşalı rəqibini 9:0 məğlubiyyətə uğradıb. Şamil Zubairovun rusiyalı rəqibi xalçaya gəlmədiyi üçün ona qələbə verilib.





