Azərbaycan 2026-cı ildə İƏT sədrliyini təhvil alacaq.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında bildirib.
Nazir Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyini qeyd edib.